Ucnoqta.az
www.ucnoqta.az

İçərisində məktəblilərin olduğu avtomobil aşdı

22:38 - 2 Oktyabr 2024 tarixində dərc olunub.

Moskvada on məktəblinin olduğu avtomobil aşıb. Avtomobili 14 yaşlı oğlan idarə edirdi.

Ucnoqta.az xəbər verir ki, “Baza”nın məlumatına görə, qəza Sirenevy Bulvarı ərazisində baş verib. Avtomobilin sükanı arxasında 9-cu sinif şagirdi idarəetməni itirib və avtomobil aşıb.

Ümumilikdə avtomobildə 13-17 yaş arası 10 məktəbli olub. Baqajda dörd uşaq oturmuşdu. Maşın aşan zaman yeniyetmələrdən bəziləri qaçıblar. Digərlərinə tibbi yardım göstərilib.

Müəllif: Ucnoqta.az redaksiyası