Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında məlumat yayıb.
Jurnalist aşağıdakıları bildirib:
"Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.
V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”.