ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasına məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi Suriyada Rusiyanın Su-34 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, rusiyalı pilotların gördüyü tədbirlər sayəsində toqquşmanın qarşısı alınıb.
“İdlib deeskalasiya zonasında koalisiyanın MQ-9 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı ilə Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi arasında təhlükəli yaxınlaşma olub.
Rusiya pilotları yüksək peşəkarlıq nümayiş etdirərək, toqquşmanın qarşısını almaq üçün operativ şəkildə lazımi tədbirləri görüblər”, - pilot bildirib.