Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Su-34 təyyarəsi PUA ilə toqquşmadan yayınıb

23:06 - 26 Sentyabr 2024 tarixində dərc olunub.

ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasına məxsus MQ-9 Reaper pilotsuz təyyarəsi Suriyada Rusiyanın Su-34 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, rusiyalı pilotların gördüyü tədbirlər sayəsində toqquşmanın qarşısı alınıb.

“İdlib deeskalasiya zonasında koalisiyanın MQ-9 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı ilə Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi arasında təhlükəli yaxınlaşma olub.
Rusiya pilotları yüksək peşəkarlıq nümayiş etdirərək, toqquşmanın qarşısını almaq üçün operativ şəkildə lazımi tədbirləri görüblər”, - pilot bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası