Hizbullah partiyasının silahlı qanadı İsrailin kiberhücumunda simsiz rabitə vasitələrinin partlaması nəticəsində 20 döyüşçünün və komandirinin həlak olduğunu təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Telegram-kanalında yerləşdirilmiş məlumatda deyilir. Bildirilir ki, bütün həlak olan döyüşçülər “Qüdsün azad edilməsi uğrunda döyüşün iştirakçılarıdır”.
Mətndə Hizbullah üzvlərinin hansı şəhər və rayonlarda öldüyü göstərilmir, silahlı birləşmələrdə yaralananların sayı barədə məlumat verilmir.