Azərbaycanın Baş Qərargah rəisi İtaliyaya rəsmi səfərə gedib

11:16 - 19 Sentyabr 2024 - Xəbər

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.

Xəbər xətti