Birləşmiş Ştatlar Livandakı peycer partlayışlarında iştirak etməyib, insidentin vəziyyətini öyrənir və Yaxın Şərqdə daha da gərginləşməyə qarşı xəbərdarlıq edir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə birgə mətbuat konfransı zamanı deyib.
"ABŞ-ın bu hadisələrdə əvvəlcədən məlumatı və ya iştirakı yox idi. Biz hələ də [baş verənlər haqqında] məlumat və faktlar toplayırıq" - dedi.
“Bütün tərəflər münaqişəni gərginləşdirəcək addımlardan qaçmalıdır”. - Blinken Yaxın Şərqdəki vəziyyəti şərh edərkən əlavə edib.