Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana bərabərhüquqlu tərəfdaş kimi baxmaqda davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov müsahibəsində deyib.
“Bildiyiniz kimi, Ermənistan nümayəndələri bu tədbirlərdə iştirak etməyiblər. Buna baxmayaraq, biz Ermənistanı təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi nəzərdən keçirməyə davam edirik və İrəvandan olan həmkarlarımızla cari məsələlərin bütün spektri üzrə dialoqa hazırıq” - Tasmaqambetov bildirib.