ABŞ-ın Finlandiyadakı səfiri Duqlas Hikki Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası üzrə müşaviri olmaq üçün vəzifəsini erkən tərk edir.
Ucnoqta.az xəbər verir ki, Hikki bu barədə Helsingin Sanomat qəzetinə müsahibəsində danışıb.
“Mən indi getmək istədim, çünki vitse-prezident Harrisin prezidentlik kampaniyasına qoşuluram. Mən onu və ailəsini çoxdan tanıyıram və qaynı mənim ən yaxşı dostlarımdan biridir.
Mən onun kampaniyanın son yeddi həftəsində seçilməsi üçün əlimdən gələni etmək istəyirəm”, - Hikki bildirib.