Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və onun azərbaycanlı həmkarı Şahin Mustafayev Moskvada keçirilən görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin Telegram-kanalında dərc olunmuş mesajda deyilir.
“Aleksey Overçuk və Şahin Mustafayev bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - deyə hökumətin məlumatında bildirilir.
Tərəflər həmçinin ikitərəfli ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.
“Nəqliyyat, təhsil və ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib, Rusiya Federasiyası və Azərbaycan Respublikası üçün qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib”, - deyə məktubda vurğulanıb.