Gürcüstanı eks-prezident Mixail Saakaşvilinin dövründə idarə edən Vahid Milli Hərəkat Partiyası 2008-ci ildə kənardan tapşırığı yerinə yetirərək Cənubi Osetiyada müharibəyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Radikal müxalifəti müharibəyə başlamaq məsələsi deyil, qarşılıqlı bağışlama və barışıq mövzusu qəzəbləndirdi. Bunun çox sadə izahı var - qarşılıqlı bağışlanma və barışıq Milli Hərəkat rejiminin 2008-ci ildə xarici bir tapşırığı yerinə yetirərək müharibəyə başladığı məqsədlə ziddiyyət təşkil edir. Radikal müxalifət üçün faciəli olan müharibənin başlaması deyil, barışıq mövzusudur”, - deyə Kobaxidze brifinqdə bildirib.