ABŞ ordusu Yəmənə yeni hücum edərək, Ənsar Allah üsyançı hərəkatının husilərin raket sistemini hədəfə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə X-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.
Komandanlığın sözlərinə görə, raket sistemi ABŞ qüvvələri, koalisiya və regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırdı.