Britaniya Kiyevə "Storm Shadow"dan istifadə etməyə icazə verib - KİV

00:31 - 12 Sentyabr 2024 - DÜNYA

 Böyük Britaniya artıq Rusiya ərazisinin dərinliklərində uzaq mənzilli “Storm Shadow” raketlərindən istifadə etmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəlib, lakin bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək.

Ucnoqta.az xəbər verir ki, “The Guardian” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, London bu mövzuda şərhlər verməyi düzgün hesab etmir.

Qəzet qeyd edir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer sentyabrın 13-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşündən sonra Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki obyektlərdə “Storm Shadow”dan istifadəyə icazə verilməsi barədə açıq danışmaq niyyətində deyil.

Qeyd olunur ki, tərəflər Ukraynadakı münaqişəni və ona son qoymaq yollarını müzakirə etməyi planlaşdırırlar.
Eyni zamanda, “The Guardian”ın yazdığına görə, müzakirələr Kiyevə hər hansı konkret silahların verilməsi ətrafında deyil, əsasən London və Vaşinqtonun strateji hədəfləri ətrafında aparılacaq.
Qəzet əlavə edib ki, Starmerin səfəri qısamüddətli olacaq. Onun Vaşinqtonda mətbuat konfransı planlaşdırılmayıb.

Xəbər xətti