ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,8 milyon barel azalaraq sentyabrın 6-na 419,1 milyon barel təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. Nazirlik, inventar səviyyələrinin ilin bu dövrü üçün beş illik orta göstəricidən 4% aşağı olduğunu açıqlayıb.
Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 0,66% azalaraq 69,25 dollar/barelə, WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri isə 0,39% azalaraq 65,91 dollar/barelə enib.