Neftin qiyməti 69 dollardan aşağı düşüb

20:01 - 10 Sentyabr 2024 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2 dekabr 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 69 dollardan aşağı düşüb.

Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 4,05% ucuzlaşaraq 68,93 dollar olub.

 Eyni zamanda, WTI markalı xam neftin oktyabr fyuçersləri 4,49% azalaraq bir barel üçün 65,51 dollar olub.

Xəbər xətti