Neytral İsveçrə və NATO üzvü İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti açıqlama verərək pilot təlimlərinin F/A-18, Eurofighter və F-35 qırıcılarının iştirakı ilə İstranadakı hərbi bazada keçiriləcəyini açıqlayıb.
SIFEX adlanan təlimdə İsveçrə “F/A-18 döyüş təyyarələrindən, İtaliya Hərbi Hava Qüvvələri isə Eurofighter və F-35 döyüş təyyarələrindən istifadə edəcək.
İsveçrə ordusu İtaliyaya ümumilikdə 50 hərbçi göndərəcək. Təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçirilir.