Sumqayıtda 21 yaşlı tələbə 7-ci mərtəbədən yıxılaraq ölüb

17:19 - 9 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

F. İsmayılov universitet tələbəsi olub.

Fakt araşdırılır.

Xəbər xətti