Bakı hava limanı vətəndaşlara xəbərdarlıq edib

18:46 - 5 Sentyabr 2024 - Cəmiyyət

Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyin və Heydər Əliyev Beynəlxalq Aeroportu bu barədə məlumat yayıb.

Qeyd edilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.

"Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir"-məlumatda bildirilib.

Xəbər xətti