Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanın bu mərhələdə yeganə təmsilçisi "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində ilk rəqibləri bəlli olub. Belə ki, Ağdam klubu ilk oyununu "Ayaks"la (Niderland) evdə, ikinci matçı isə səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq. ""Köhlən atlar" üçüncü oyunu İsveçin "Malmö" komandası ilə evdə oynayacaq.
"Qarabağ"ın digər rəqibləri "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion" (Fransa) (evdə), Bodo Glimqt" Norveç (səfərdə), "FCSB", Rumıniya (evdə), "Elfsborq" İsveç (səfərdə) olacaq
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.