Rusiya sentyabrın 4-dən buğdanın ixrac rüsumunu artıracaq

14:11 - 30 Avqust 2024 - İQTİSADİYYAT

Rusiya Federasiyasından buğda və meslin (buğda və çovdar qarışığı) ixracına görə rüsum 2024-cü il sentyabrın 4-dən bir ton üçün 908,5 rubl olan hazırkı məzənnəyə qarşı 1 min 115,7 rubla qədər artırılacaq.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Arpanın rüsumu yenidən sıfır olacaq.

Qarğıdalı üçün rüsum bir ton üçün 701,4 rubldan 724,5 rubla qədər artırılacaq.

Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 214,1 dollar, arpa üçün bir ton üçün 178,7 dollar, qarğıdalı üçün 195,7 dollar/ton göstərici qiymətinə əsasən hesablanır.

Xəbər xətti