Formula 1 üzrə dünya çempionatının 2024-cü il mövsümü üçün 16-cı mərhələsinin proqramı - İtaliya Qran Prisi cümə günü Monza trasında start götürür.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, çempionatda qüvvələr nisbəti mövsümün əvvəli ilə müqayisədə bir qədər dəyişib.
McLaren Red Bull-dan liderliyi ələ keçirdi və indi trasda ən sürətli komandadır.
Bununla belə, Avstriya komandasının lideri niderlandlı Maks Verstappen fərdi çempionatda hələ də rahat üstünlüyə malikdir və McLaren-dən britaniyalı Lando Norrisi 70 xal qabaqlayır.
Amma konstruktorlar çempionatında Red Bull McLaren-i cəmi 30 xal qabaqlayır. İtaliyadakı mərhələdən əvvəl komandalarda bir dəyişiklik oldu - Williams rəhbərliyi komandada argentinalı Franko Kolapinto ilə əvəzlənəcək amerikalı Loqan Sargentlə əməkdaşlığı vaxtından əvvəl dayandırmaq qərarına gəlib.