Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümündə ilk baş məşqçi istefası reallaşıb.
Ucnoqta.az xəbər verir ki, "Kəpəz" klubunun çalışdırıcısı Adil Şükürov vəzifəsini tərk edib.
Gəncə təmsilçisi 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və qol vura bilməyib.