Valyuta hərraclarında dollar satışı artıb

13:10 - 29 Avqust 2024 - İQTİSADİYYAT

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 ABŞ dolları satılıb.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb.

Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib.

Xəbər xətti