BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlıların mandatını bir il uzadıb

19:14 - 28 Avqust 2024 - DÜNYA

BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlıların mandatını bir il uzadıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası (TŞ) BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatının bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamənin lehinə səs verib.

Fransanın hazırladığı qətnamə layihəsi yekdilliklə qəbul edilib. Sənəd yeddi bənddən ibarətdir, bunlardan biri “UNIFIL-in cari mandatının 31 avqust 2025-ci ilə qədər uzadılmasına” qərar verir.

Xəbər xətti