Makron "Telegram"dan aktiv şəkildə istifadə edir - Politico

14:13 - 27 Avqust 2024 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Telegram messencerindən onun təsisçisi Pavel Durov respublikada saxlanılandan sonra da fəal şəkildə istifadə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri məlumat yayıb.
Məlumata görə, tətbiq Fransanın siyasi dairələrində və mediasında, o cümlədən Fransa prezidenti Emmanuel Makronun özü tərəfindən fəal şəkildə istifadə olunur.
 Adı açıqlanmayan keçmiş fransız parlamentari bazar ertəsi nəşrin əməkdaşına telefonunu göstərdi və orada Makronun Telegram statusunun bu yaxınlarda onlayn olduğu aydın oldu.

Qeyd olunur ki, prezident ilk prezidentlik kampaniyası başlayandan messencerdən istifadə edir.
Nəşr vurğulayır ki, təxminən 10 il keçsə də, tətbiq həm Nazirlər Kabinetinin üzvləri, həm də bütün rütbələrin və partiyaların siyasətçiləri, xüsusən də Makronu dəstəkləyənlər tərəfindən geniş şəkildə istifadə olunur.///tass

Xəbər xətti