Pakistanda silsilə terror aktları nəticəsində azı 50 nəfər həlak olub

00:03 - 27 Avqust 2024 - DÜNYA

Bəlucistan əyalətinin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində azı 50 nəfər, o cümlədən Pakistan hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

Məlumata görə, hücumlar avqustun 25-i axşam saatlarında başlayıb və onlar Pakistan ordusunun Mastunq, Kalat, Pasni və Suntsar şəhərlərindəki çağırış mərkəzlərinə və polis məntəqələrinə yönəlib.
Bundan əlavə, gün ərzində Sibi, Pəncqur, Turbat, Bela və Kvettada terror aktları qeydə alınıb. Nəşr Musaxail rayonunda baş verən epizoda xüsusi diqqət yetirib: orada silahlı şəxslər şəhərlərarası avtomobil yolunu kəsiblər.
Ekstremistlər avtobusları, mikroavtobusları və yük maşınlarını saxlayıb, daha sonra sürücüləri və sərnişinləri güllələyiblər, 23 nəfər ölüb.

Hücumlara görə məsuliyyəti Pakistanda qadağan edilmiş Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.

Xəbər xətti