Liviyanın şərqində hökumət neft ixracını dayandırıb

16:41 - 26 Avqust 2024 - DÜNYA

Liviyanın şərqində hökumət Liviyanın mərkəzi bankının rəhbərliyinə və işçilərinə qarşı hücumlara etiraz olaraq neft ixracını və hasilatını dayandırmaq qərarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin rəhbəri Usamə Hammad müvafiq bəyanatla çıxış edib.

Hökumət başçısının sözlərinə görə, bu qərar qeyri-qanuni qrupların üzvlərinin rəhbərlik nümayəndələrinə və ölkənin mərkəzi bankının əməkdaşlarına hücumlarının artmasına cavab olaraq qəbul edilib.

Bundan əlavə, Həmmad qeyd edib ki, neft ixracının dayandırılması qərarı həm də ölkə büdcəsinin təhlükəsizliyi və vətəndaşların Mərkəzi Bankdakı əmanətləri üçün hökumətin üzərinə düşən sosial və hüquqi məsuliyyət”lə bağlıdır, çünki adı çəkilən qeyri-qanuni qruplar “ neft hasilatından əldə olunanlar da daxil olmaqla, bütün bu maliyyə vəsaitlərinə sahib olmağa və onları öz ehtiyaclarına xərcləməyə çalışırlar.
Həmmad hansı birləşmələri nəzərdə tutduğunu göstərməyib.///tass

Xəbər xətti