Türkiyədə kirayə evlərdən gəlirləri haqqında bəyannamə təqdim etməyən 700 minə yaxın adam müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək deyib.
“1,5 milyona yaxın daşınmaz əmlakın yoxlanılmasına başlanılıb, onlardan 400 mindən çox ünvan artıq yoxlanılıb. Görülən işlərin nəticələrinə əsasən, 153,4 milyon lirə (4,5 milyon dollar) məbləğində cərimə bildirişləri verilib. Ümumilikdə 700 minə yaxın kirayə gəliri bəyannaməsi təqdim etməyən ev sahibi vergi orqanları tərəfindən müəyyən edilib”, - deyə “Habertürk TV” nazirin sözlərindən sitat gətirib.
Şimşək xatırladıb ki, səlahiyyətlilər ilin əvvəlindən kirayə evlərdən bəyan edilməmiş gəlir əldə edən şəxslərlə mübarizə kampaniyası çərçivəsində ev sahiblərini gəlirlərin bəyan edilməsi zərurəti barədə məlumatlandırır.
Müəyyən həddən yuxarı kirayə verilən yaşayış obyektlərinə, qısamüddətli kirayələrə, eləcə də kommersiya obyektlərinə xüsusi diqqət yetirilir. Ümumilikdə, vergi orqanları 1 milyona yaxın vergi ödəyicisinə, o cümlədən nağd kirayə pulu alan, lakin gəlir vergisi bəyannaməsini təqdim etməyənlərə xatırlatmalar göndərib.