Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Tehrana səfər edib
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb. Burada onun İranın yeni xarici işlər naziri Abbas Əraqçi və respublika prezidenti Məsud Pezeşkian ilə görüşü nəzərdə tutulub.
Bildirilir ki, Qətərin baş naziri ilə İran XİN rəhbəri arasında görüş artıq baş tutub. Şeyx Məhəmmədin gün ərzində Pezeşkianla görüşü gözlənilir.