İsrailə 50 min tondan çox hərbi texnika çatdırılıb

13:53 - 26 Avqust 2024 - DÜNYA

2023-cü ilin oktyabrında Fələstinin HƏMAS radikal hərəkatının hücumundan sonra İsrail hava və dəniz yolu ilə 50 min tondan çox hərbi texnika alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tədarüklər müvafiq idarələr, o cümlədən Müdafiə Nazirliyinin ABŞ-da satınalmalar üzrə nümayəndə heyəti tərəfindən həyata keçirilib.
Alınan texnikaya zirehli texnika, döyüş sursatı, fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar daxildir.

Xəbər xətti