Pakistan Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə rəsmi dəvət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü Express Tribune məlumat yayıb.
Nəşr qeyd edir ki, Pakistan səkkiz ildə ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib.
Sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün İslam Respublikasına dəvət olunmuşdu, lakin sonra Hindistan tədbiri boykot etmişdi.