Dalğıclar İtaliya sahillərində yaxtanın batması nəticəsində itkin düşmüş hesab edilən altıncı sərnişinin cəsədini aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News İtaliya sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.
49 m dərinlikdə batmış yelkənli gəmidən səthə qaldırılan daha beş qurbanın daha əvvəl şəxsiyyətinin müəyyən edildiyini nəzərə alsaq, söhbət 18 yaşlı Hanna Linçdən gedir.
O, britaniyalı texnoloji milyonçu Maykl Linçin qızıdır, o da gəmi qəzasında həlak olub.
Beləliklə, superyaxtanın batması nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.