Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - deyə məlumatda bildirilir.
Paşinyan deyib ki, o, gələcəkdə Putinlə ikitərəfli gündəmdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşıb.