Hindistanın baş naziri Narendra Modi 1992-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasından sonra ilk səfərini Ukraynaya edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Modinin Kiyevə səfərinin təfərrüatları gizli saxlanılır. NDTV-nin məlumatına görə, səfər bir neçə saat davam edəcək.
Qeyd olunur ki, hazırda Hindistanın baş naziri oteldədir.