Tramp təhlükəsizlik səbəbi ilə televiziya müsahibəsini kəsdi

09:32 - 23 Avqust 2024 - DÜNYA

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp təhlükəsizlik komandasının tələbi ilə “NewsNation”a müsahibəsini kəsmək məcburiyyətində qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Hill” yazıb. Məlumata görə, Tramp cümə axşamı NewsNation-a verdiyi eksklüziv müsahibəni onun təhlükəsizlik komandasının xəbərdarlığından sonra sonlandırıb.

"Sizə bir şey deyə bilərəmmi? Burada dayanıb söhbət etmək təhlükəsi qarşısındayıq. Ona görə də danışmağı dayandıraq, (mənim təhlükəsizliyim) mənim burada dayanmağımı istəmirlər" - Tramp deyib.

Hadisə Arizona hüquq-mühafizə orqanlarının sosial şəbəkədə Amerikanın 45-ci prezidentini öldürməklə hədələdiyi iddia edilən şəxsin axtarışını elan etməsindən bir gün sonra baş verib. Hücumçu olduğu iddia edilən şəxs daha sonra saxlanılıb.

Xəbər xətti