ABŞ Dövlət Departamenti Rumıniyaya 592 milyon dollara AIM-120 orta mənzilli hava-hava raketlərinin mümkün satışını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
“Rumıniya hakimiyyət orqanları 186-a qədər AIM-120C-8 Təkmil Ortamənzilli Hava-Hava Raketləri (AMRAAM) və dörd idarəedici bölmənin alınmasını xahiş edib”, - deyə agentliyin açıqlamasında bildirilir.
Təklif olunan satışın ümumi məbləği 592 milyon dollar təşkil edəcək.