Pakistanın Pəncab əyalətinin Attok rayonunun Deri Kot bölgəsində məktəb avtobusuna silahlı hücum nəticəsində azı 2 uşaq ölüb, 5-i yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Geo” telekanalı Attok rayonunun rəis müavini Rao Atif Razaya istinadən məlumat yayıb.
Məlumata görə, insident hücum edənlərin məktəb avtobusunun sürücüsünə qarşı şəxsi düşmənçiliyi səbəbindən baş verib. Sürücü aldığı xəsarətlərə baxmayaraq sağ qalıb.
Polis və rayon rəhbərliyi cinayət yerindən qaçan hücumçuların axtarışı ilə məşğuldur.
Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və məsuliyyət daşıyanlara qarşı sərt tədbirlər görülməsinə göstəriş verib.