Serbiya ilə Bosniya və Herseqovina arasındakı sərhəd bölgəsində Drina çayında 25 miqrantın olduğu gəmi batıb.
Ucnoqta.az xəbər verir ki, Serbiyanın daxili işlər naziri İvitsa Daçiç 18 nəfərin sahilə çatdığını bildirib.
Hadisə avqustun 22-də saat 05:00 radələrində baş verib.
Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları göndərilib, çayda və sahil boyu intensiv axtarış aparılır.
“Sahilə çatan qeyri-qanuni miqrantların məlumatına görə, qayıqda 25-ə yaxın adam olub, polis və xilasedicilər sahildə üçü uşaq olmaqla 18 nəfəri aşkar ediblər”, - nazir qeyd edib.