İtaliya Sahil Mühafizəsinin mütəxəssisləri İtaliya sahillərində batmış superyaxtadan olan 5 sərnişinin cəsədinin şəxsiyyətini müəyyənləşdiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, ekspertlər yelkənli gəminin qəzaya uğraması nəticəsində aşağıdakı şəxslərin öldüyünü təsdiqləyiblər:
Dünyanın ən böyük investisiya banklarından biri olan Morgan Stanley International-ın Direktorlar Şurasının sədri Conatan Blumer, həyat yoldaşı Cudi, yüksək texnologiyalı britaniyalı milyonçu Maykl Linç, Britaniyanın Clifford Chance firmasının hüquqşünası Kris Morvillo və həyat yoldaşı Neda.
Linçin 18 yaşlı qızı Hanna hələ də itkin düşmüş hesab edilir.
“The Daily Telegraph” qəzetinin yazdığına görə, onun cəsədi 49 m dərinlikdə batan yaxtanın içərisində tapılıb, lakin bu məlumatın yanlış olduğu üzə çıxıb.