Qrossi və Rusiyanın Vyanadakı daimi nümayəndəsi Kursk AES-ə səfəri müzakirə ediblər

12:56 - 22 Avqust 2024 - DÜNYA

Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov gələn həftəyə planlaşdırılan Kursk AES-ə səfəri öncəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə diplomat Teleqram kanalında məlumat yayıb.

“Mən bu gün MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdüm, onunla onun Kursk AES-ə gözlənilən səfəri ilə bağlı praktiki məsələləri müzakirə etdik”, – Telegram kanalında deyilir.

Xəbər xətti