Finlandiyanın daxili işlər naziri Mari Rantanen ailəvi səbəblərə görə vəzifəsini müvəqqəti tərk edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Helsingin Sanomat qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Əsl Finlər” partiyasının üzvü Rantanenin həmin siyasi qüvvənin rəhbəri Riikka Purra ilə birlikdə qərarını günortadan sonra açıqlayacağı gözlənilir.