Partlayıcı qurğunun olması xəbərindən sonra Bişkekdəki Manas hava limanından insanlar təxliyə edilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Now KG” Telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, may ayında eyni səbəbdən bir neçə dəfə hava limanından təxliyə edildi. Lakin partlayıcı qurğu ilə bağlı siqnal təsdiqlənmədi.