Apple 2024-cü ildə ən qiymətli texnologiya şirkəti olub

06:15 - 22 Avqust 2024 - DÜNYA

Apple korporasiyası 2024-cü ildə texnologiya şirkətlərinin ən qiymətli brendləri reytinqində birinci yeri tutub.

Ucnoqta.az xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq təşkilatı Brand Finance çərşənbə günü öz hesabatında məlumat verib.

Buna əsasən, Apple brendinin dəyəri 2023-cü ildən bəri 74% artaraq 516,6 milyard dollara çatıb.

Siyahıda ikinci yeri Microsoft korporasiyası tutub, onun brend dəyəri 340,4 milyard dollar təşkil edib (artım 78%).

Google üçüncü yerdə qalır, onun brend dəyəri 333,4 milyard dollar qiymətləndirilir (artım məlumatları təqdim edilmir). Brend dəyəri 308,9 milyard dollar (3,2% artım) ilə Amazon dördüncü yerdədir.

Eyni zamanda, ən sürətli artımı (163%) sonuncu reytinqdən bəri 19 pillə yüksələrək və 44,5 milyard dollar dəyərlə 10-cu yeri tutan Nvidia nümayiş etdirib.

Xəbər xətti