Elon Musk bildirib ki, qarşıdakı 10 il ərzində milyonlarla insan Neuralink beyin implantlarından istifadə edəcək.
Ucnoqta.az xəbər verir ki, milyarder bu barədə X-də yazıb.
"Hər şey yaxşı olarsa, bir neçə il ərzində yüzlərlə insan Neuralink-ə sahib olacaq, bəlkə də 5 il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insan buna sahib olacaq", - milyarder X-də yazıb.
“Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır.
Milyarder hesab edir ki, bu cür qurğular insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.