ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağında yəhudi dövləti ilə radikal Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə atəşkəs və girovların azad edilməsi, eləcə də regionda gərginliyin azaldılması üçün diplomatik səyləri müzakirə etmək üçün danışıb”, - deyə məlumatda bildirilir.
Ağ Ev həmçinin bildirib ki, vitse-prezident Kamala Harris də danışəğa qoşulub.