İran SQ-nin Baş Qərargahı helikopter qəzası ilə bağlı məlumatı təkzib etdi

23:11 - 21 Avqust 2024 - DÜNYA

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Fars agentliyinin İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı nəşrini təkzib edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Baş Qərargahının Kommunikasiya İdarəsi ictimaiyyətə açıqlamasında bildirib.
“Fars agentliyinin verdiyi məlumata görə, helikopterin qəzaya uğramasında amillərdən biri təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması səbəbindən helikopterin lazımi hündürlüyü əldə etmək üçün kifayət qədər gücü yoxdur məlumatı yalandır ”, - açıqlamada deyilir.

Xəbər xətti