47 yaşlı şahzadə Viktoriya ordu sıralarına qatılıb

21:31 - 21 Avqust 2024 - DÜNYA

İsveç kralı XVI Karl Qustavın qızı, vəliəhd şahzadə Viktoriya orduya qatılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "People" məlumat yayılıb.

Avropa ölkəsinin taxt-tacının 47 yaşlı varisi avqustun 19-da zabitlər üçün xüsusi hazırlıq kursuna başlayıb.
İsveç kral ailəsi açıqlamasında bildirib ki, şahzadə Viktoriya hərbi elm, taktika və strategiyanı daha dərindən anlamaq üçün təlim keçib.

“Bu təlim vəliəhd şahzadənin dövlət başçısı kimi gələcək missiyasına hazırlıq məqsədilə biliklərini genişləndirmək üzrə davam edən səylərinin bir hissəsidir”, - press-relizdə deyilir.

Şahzadə Viktoriya Karl XVI Qustav və Kraliça Silviyanın böyük qızıdır.
2003-cü ildə o, ilkin hərbi hazırlığı bitirib, 2022-ci ildə isə “əvvəllər əldə etdiyi bilikləri təzələmək” üçün yenidən hərbi işlərdə təlim keçib.

Xəbər xətti