Almaniya kansleri Olaf Şolz Ukraynanın Kursk bölgəsində “gizli və rəy bildirmədən” hücuma hazırlaşdığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Şolz Moldova prezidenti Maya Sandu ilə Kişinyovda keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Almaniya hadisələri diqqətlə izləyir. Şolz əmin edib ki, Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək və onun Avropadakı ən böyük dəstəkçisi olaraq qalacaq.
Onun sözlərinə görə, yalnız ABŞ dünyanın ən böyük gücü kimi daha çox şey edə bilər.