Rəisinin helikopter qəzası ilə bağlı təhqiqat başa çatıb

18:42 - 21 Avqust 2024 - DÜNYA

İran prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə bağlı istintaq tamamlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyinə İranın xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Təhlükəsizlik və kəşfiyyat xidmətləri təfərrüatlı araşdırmanı başa çatdırıb və hadisənin qəza olduğu tam əmindir.

Agentliyin mənbəsi qeyd edib ki, Raisiyə məxsus helikopterdə sərnişinlərin sayı normadan artıq olub, ona görə də tələb olunan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.

Agentlik qeyd edib ki, İran xüsusi xidmət orqanları 30 min adamı dindirib, hər şey helikopterin qəzaya uğramasında insan faktorunun olmadığını göstərir.

Xəbər xətti