Ermənistanın təhlükəsizliyi üçün KTMT-yə alternativ yoxdur - Zaxarova

17:43 - 21 Avqust 2024 - DÜNYA

Ermənistanın təhlükəsizliyi üçün KTMT-dən başqa variant yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Ermənistanın KTMT tədbirlərində iştirakına gəlincə, respublikanın tam əməkdaşlığa qayıtması üçün qapılar açıqdır.  Son nəticədə bu ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Bu, illərlə yox, əsrlər boyu sınaqdan keçirilib, erməni xalqı tərəfindən yüksək qiymətləndirilib, heç bir psevdodərslik çap olunsa da, yenidən yazıla bilməyən Ermənistan tarixinə yazılıb” - Zaxarova bildirib.

Xəbər xətti